Şirkətimiz hidravlik ehtiyyat hissələrinin, hidravlik sistemlərin və hidravlik qurğuların, komponentlərin təmirində yüksək təcrübəyə malikdir. Mütəxəssislərimiz Neft və Qaz sektorunda istifadə olunan hidravlik avadanlıqların; platformalarda quraşdırılmış hidravlik kranların; ekskavatorların, traktorların və avtokarların təmirində ixtisaslaşmışdır.
Şirkətimizdə müxtəlif çeşidli hidravik və pnevmatik ehtiyyat hissələrinin və komponentlərin təmiri üçün nəzərdə tutulmuş emalatxana və ehtiyyat hissələri anbarı mövcuddur, o cümlədən:
- Fittinqlər
- Borular
- Şlanqlar
- Filterlər
- Nasoslar
- Motorlar
- Klapanlar
- Yağ soyuducuları
- Silindrlər
- Akkumlyatorlar